
Bakı. Trend:
Martın 18-22 tarixlərində Vyana şəhərində BMT-nin Narkotik
Vasitələr üzrə Komissiyasının 67-ci sessiyasının iclasında Baş
Prokurorluğunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təmsil
edib.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, komissiyanın iclasları
zamanı narkotiklərə nəzarət üzrə beynəlxalq müqavilələrin və
narkotik siyasəti üzrə öhdəliklərin həyata keçirilməsi, dünyada
narkotik probleminin həlli və ona qarşı mübarizədə qurumlararası
əməkdaşlıq və səylərin əlaqələndirilməsi, o cümlədən, komissiyanın
yardımçı orqanlarının tövsiyələri ilə bağlı məsələlər müzakirə
edilib.
Məlumata əsasən, iclasda 23 yeni narkotik vasitə, psixotrop
maddə və onları prekursorları qadağan edilmiş maddələrin siyahısına
əlavə olunub və 4 yeni qətnamə qəbul edilib.





























