Advertisement

Çin görmə qabiliyyəti zəif olan insanlar üçün süni intellektlə dəstəklənən robot it hazırlayıb

Bakı. Trend:

Çinin Şaansi əyalətinin Sian şəhərindəki Şimal-Qərb Politexnik
Universitetinin tədqiqatçıları ölkədə 17 milyondan çox görmə
qüsurlu insan olduğu üçün süni intellektlə dəstəklənən robot
bələdçi it hazırlayıblar.


Trend
-in məlumatına görə, hələ inkişafının ilk mərhələsində
olan robot it görmə qabiliyyəti zəif olan insanların həyatını xeyli
asanlaşdıracaq.

Məlumata görə, o, insanların göstərişlərini başa düşə, söhbət
edə və hətta küçələr və qapalı məkanlar kimi müxtəlif mühitlərdə
insanlara yol göstərə bilir.

Qeyd edək ki, tədqiqat qrupu bildirir ki, bu robot insanı daha
təhlükəsiz istiqamətləndirdiyi üçün görmə qabiliyyəti zəif olan
insanlar üçün adi itdən çox daha uyğundur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun