Advertisement

ABŞ “Crocus City Hall”dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib – KİV

Bakı. Trend:

ABŞ “Crocus City Hall”da planlaşdırılmış terror aktına dair
bütün məlumatları Rusiyaya ötürməyib.

Trend xəbər
verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton Moskvanın ABŞ xüsusi xidmət
orqanlarının informatorlarını və onların kəşfiyyat metodlarını
öyrənə biləcəyindən ehtiyat edib.

Qeyd olunub ki, ABŞ və Rusiya arasındakı qeyri-dost münasibətlər
amerikalı məmurların terror aktı barədə bütün məlumatları rusiyalı
həmkarları ilə bölüşməsinə mane olub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun