
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft
emalı zavodu (NEZ) 2024-cü ilin yanvar ayında 2023-ci ilin analoji
dövründə istehsal olunan 639 min 532 tonla müqayisədə 581 min 804
ton dizel yanacağı istehsal edib.
Trend bu
barədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)
məlumatlarına istinadən xəbər verir.
EPDK-nin məlumatlarına əsasən, bu, NEZ-də dizel yanacağı
istehsalının illik hesablamada 9 faizdən çox azalması deməkdir.
STAR NEZ-in gücünün 2024-cü ildə 13 milyon tona çatacağı
gözlənilir. Neft-kimya məhsullarının istehsalında Qara dəniz
bölgəsi və Afrika ölkələrinin, o cümlədən bir sıra digər ölkələrin
xam neftindən istifadə olunur.
STAR NEZ 2018-ci ilin oktyabr ayında istismara verilib.
STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod
gündəlik 214 min barel xam neft emal etmək gücündədir.
X:
@Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)





























