Advertisement

“Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar qəbul edilməyib – Emin Ağalarov

Bakı. Trend:

“Crocus City Hall”un bərpası ilə bağlı yekun qərar qəbul
edilməyib.

Trend xəbər
verir ki, bu barədə “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov
“Rossiya-24” televiziya kanalına müsahibəsində deyib.

O, konsert zalının bərpası ilə bağlı Rusiya prezidenti Vladimir
Putin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun fikrinə,
eləcə də ictimai fikrə əsaslanacaqlarını bildirib.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 143 nəfərə çatıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov
Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City Hall”da
törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4
terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.