
Bakı. Trend:
“Crocus City Hall”da terror törədənlər narkotik və ya psixotrop
maddələrin təsiri altında olublar.
Trend xəbər
verir ki, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarından “TASS”
agentliyinə bildiriblər.
“Dörd nəfər narkotik sərxoşluq vəziyyətində olublar. Onların
hansı narkotik və ya psixotrop maddədən istifadə etdikləri
ekspertiza tərəfindən müəyyən edilir”, – məlumatda deyilir.
Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 143 nəfərə çatıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.
Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.
“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.





























