Advertisement

İran, Çin və Rusiyanın birgə təlimləri digər ölkələrə qarşı yönəlməyib – Nazirlik

Bakı. Trend:

İran, Çin və Rusiyanın Oman körfəzində keçirilən birgə təlimləri
digər ölkələrə qarşı yönəlməyib.

Trend xəbər
verir ki, bu barədə Çinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi U
Tsyan brifinqdə deyib.

“Bu təlimlər hər hansı konkret ölkəyə qarşı yönəlməyib və
regional vəziyyətlə əlaqəsi yoxdur” – o deyib.

Nazirlik nümayəndəsi Çin, İran və Rusiyanın bundan əvvəl də
əməkdaşlığın möhkəmləndirilməsi və hər üç ölkənin hərbi dəniz
qüvvələri arasında mübadilənin aparılması, eləcə də regional dəniz
təhlükəsizliyinin birgə təmin edilməsi üçün böyük əhəmiyyət kəsb
edən birgə təlimlər keçirdiyini bildirib.

Qeyd edək ki, “Dəniz təhlükəsizlik kəməri 2024” adlı hərbi-dəniz
təlimləri 2018-ci ildən etibarən 6-cı dəfədir keçirilir. Təlimlərdə
daimi əsasda Rusiya, İran və Çinin hərbi-dəniz qüvvələri iştirak
edir.

Təlimlərin keçirilməsində məqsəd regionda təhlükəsizliyin
möhkəmləndirilməsi, beynəlxalq dəniz ticarətinin mühafizəsi,
piratlıq və terrorizmlə mübarizə, dəniz əməliyyatlarının
keçirilməsi sahəsində operativ və taktiki təcrübənin
mübadiləsidir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun