
Bakı. Trend:
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə
əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən Aleşki kənd
sakinini saxlayıblar.
Trend xəbər
verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mətbuat
xidməti məlumat yayıb.
Planlaşdırılan terror aktlarının hakimiyyət nümayəndələri və güc
strukturlarını hədəf aldıqları qeyd olunub.
Axtarış zamanı şübhəli şəxsin üzərində partlayıcı qurğu və
piyada əleyhinə minalar aşkarlanıb.





























