Advertisement

Rusiyada keçmiş nazir rüşvət ittihamı ilə həbs edilib

Moskvanın keçmiş mədəniyyət naziri Aleksandr Kibovski dələduzluq və rüşvətxorluq ittihamı ilə həbs edilib.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, o, yüksək vəzifədə işlədiyi 2015-2023-cü illərdə dövlət satınalmaları zamanı külli-miqdarda büdcə vəsaitini mənimsəyib.

Qeyd edək ki, son dövrlər A. Kibovski Moskva Meriyasının Ukraynanın Donetsk və Luqansk vilayətləri ilə mədəni əlaqələrindən məsul olub.