Advertisement

Rusiyadakı erməni diasporu Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyir (VİDEOMÜSAHİBƏ)

Bakı. Trend:

Erməni diasporası uzun illərdir ki, özlərinin müxtəlif
nümayəndələrini Rusiya mediasında yerləşdirib.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin
Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, bu resurslardan maksimum dərəcədə öz
maraqları üçün istifadə etməyə cəhd göstərirlər.

“Bir çox hallarda isə onların media üzərindən həyata keçirdiyi
siyasət əksər hallarda Rusiyanın öz maraqlarını təhdid edir. Bəlli
olduğu kimi, Rusiya çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Bu
ölkənin təxminən 30%-ni müsəlmanlar təşkil edir. Və onlar daim
Rusiyanın ərazi bütövlüyü uğrunda ermənilərdən daha prinsipial və
qətiyyətli mövqe nümayiş etdiriblər. Rusiyadakı erməni diasporunun
əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdən
ibarətdir”, – o deyib.

Ekspert vurğulayıb ki, erməni oliqarxların maliyyələşdirdiyi
şəbəkə vəziyyətdən istifadə edərək öz təbliğatlarını həyata
keçirdərək Rusiya vətəndaşlarının düşüncəsinə zəhər toxumu səpməyə
çalışırlar.

“Bunların arasında erməni əsilli olmayanlar da var. Onların
arasında ən bariz nümunə Azərbaycana qarşı xüsusi nifrəti ilə
seçilən Vladimir Solovyovdur. Baxmayaraq ki, hər dəfə etdiyi
səhvlərə görə dolayısı ilə üzr istəməyə çalışır”, – deyə o qeyd
edib.

Geniş videomüsahibəni təqdim edirik: