Ağstafada bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində baş verib.
Kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrəverdiyevi yaşadığı evdə elektrik naqilərini düzəldən zaman tok vurub.
60 yaşlı kişi hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
























