Advertisement

Səsvermənin yeri və vaxtı barədə seçiciləri məlumatlandırmaq üçün 6 516 567 ədəd bildiriş çap olunacaq

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin yeri və vaxtı barədə seçiciləri məlumatlandırmaq məqsədilə 6 516 567 ədəd bildiriş çap olunacaq.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.