Advertisement

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Sumqayıtda 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

“Hyundai” və “Kia” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.