Advertisement

Elektromobillik üzrə Milli Planın ilkin layihəsi aidiyyəti dövlət qurumlarına təqdim olunub

“Elektromobillik üzrə Milli Planın hazırlanması” məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) “APA-Economics”ə verilən məlumata görə, Agentliyin direktoru Cavid Abdullayev Elektromobillik üzrə Milli Planın ilkin layihəsinin hazır olduğunu, rəy və təkliflərin alınması məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq qaydada təqdim edildiyini bildirib.

Daha sonra, “Turan Energy” şirkətinin nümayəndəsi tərəfindən sözügedən sənədin ilkin layihəsinin təqdimatı baş tutub.

Layihəyə əsasən elektromobilliyin 1-ci mərhələdə dövlət-özəl əməkdaşlığı çərçivəsində, 2-ci mərhələdə isə özəl sektorun hesabına inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirilib. Bu sahədə həyata keçiriləcək tədbirlərin liberal bazara keçidin prinsipləri nəzərə alınmaqla icra ediləcəyi diqqətə çatdırılıb.

İclasda İşçi Qrupuna daxil olan və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edib.