Advertisement

Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir – İran XİN

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xəzər
dənizində üçüncü ölkələrin hərbi iştirakını regionun maraqlarına
zidd hesab edib.

Trend xəbər
verir ki, Abdullahian bu barədə Türkmənistanın xarici işlər naziri
Rəşid Meredovla danışıqlarda deyib.

İran XİN rəhbəri, həmçinin, “Xəzər beşliyi” (Azərbaycan, İran,
Qazaxıstan, Rusiya və Türkmənistan) ölkələrinin hökumət başçıları
səviyyəsində 3-cü Xəzər İqtisadi Forumunu keçirməyi təklif
edib.

Qeyd edək ki, 2-ci Xəzər İqtisadi Forumunu 2022-ci il 5-6
oktyabr tarixlərində Moskvada keçirilib.

Hüseyn Əmir Abdullahian Türkmənistan prezidenti Sərdar
Berdiməhəmmədovla görüşüb.

“Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiyalar sahəsində
əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəldik, ölkələr
arasında ticarətin həcmi artır və gələcəkdə güclü artım
gözləyirik”, – deyə Abdullahian jurnalistlərə deyib.

Bundan başqa, nazir İran prezidenti İbrahim Rəisinin gələcəkdə
Aşqabada səfər edəcəyini bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun