Advertisement

Bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq

Bakı. Trend:

Ramazan bayramı ilə əlaqədar 10-14 aprel tarixlərində
Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə
olacaq.


Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC
məlumat yayıb.

Bildirilib ki, 6 aprel iş günü müəyyən edildiyindən həmin
tarixdə Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri ləğv edilir.
Əvəzində qatar 7 apreldə səhər Bakıdan Qəbələyə, axşam isə
Qəbələdən Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, qurumun
saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə
edə bilərsiniz.