Advertisement

Sabah 18 dərəcə isti olacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru
ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər
arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz
olunacaq.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə
arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi,
axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var.Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman
olacaq.

Havanın temperaturu gecə 4-9°, gündüz 20-25°, dağlarda gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 5-10° olacaq.