Advertisement

Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır

Azərbaycan və Serbiya arasında əməkdaşlıq dayanıqlı bünövrəyə əsaslanır.

APA xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikasının mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə birgə mətbuat üçün brifinq zamanı deyib.

“İqtisadiyyat, sosial, nəqliyyat və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq bağları var”, – deyə o əlavə edib.

Nazir bildirib ki, bu gün imzalanacaq protokol növbəti illər ərzində əməkdaşlığın inkişafına rəvac verəcək.