Bakıdakı Ukrayna Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının ukraynalı tərcüməçi və tədqiqatçısı, şair Mıkola Miroşnıçenko və Ukrayna ədəbiyyatının azərbaycanlı tərcüməçisi, şair Abbas Abdullanın xatirəsinə həsr olunmuş ədəbi-bədii axşam keçirilib.
Bu barədə APA-ya Ukrayna-Azərbaycan layihələrinin kuratoru, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, eləcə də tədbirin moderatoru Marına Qonçaruk məlumat verib.
Ədəbi-bədii axşam iyulun 25-də keçirilib. Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev, Ukrayna Qadınları Birliyinin sədri Lidiya Əliyeva-Şestak, ədəbiyyatşünaslar, Abbas Abdullanın ailəsinin nümayəndələri çıxış edib.
Tədbirin təşkilatçıları ikitərəfli münasibətlərə töhfə verən görkəmli şəxsiyyətlər, xüsusilə Nəsimi, Nizami, Məhsəti Gəncəvi, Füzulini ukraynalı oxucular üçün kəşf etmiş Mıkola Miroşnışenko haqqında məlumatın yayılmasının əhəmiyyətini qeyd ediblər.


















