Advertisement

Ağstafada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Ağstafada yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.