
Bakı. Trend:
İspaniyanın “Betis” klubu “Qarabağ”ın futbolçusu Bəhlul
Mustafazadənin transferində maraqlı deyil.
Trend xəbər verir ki, bunu
İdman.biz-ə
Əndəlusiya klubunun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, Azərbaycan millisinin də formasını geyinən 27
yaşlı müdafiəçisin keçidi müzakirə mövzusu deyil: “Bununla bağlı
hansısa məlumata malik deyilik. Həm də klub siyasətinə görə,
“Betis” başqa klubların futbolçuları ilə bağlı məsələləri şərh
etmir”.
İspaniya mətbuatında da transfer gündəmdə deyil. Ölkənin nüfuzlu
AS nəşrinin yazarı Antonio Espina Mustafazadənin adının “Betis”lə
hallanmasını eşitmədiyini belə vurğulayıb.
Qeyd edək ki, müdafiəçi bu mövsüm “Qarabağ”ın heyətində 32 oyuna
2 qol vurub.





























