
Bakı. Trend:
Paytaxtın mərkəzi hissəsində yol-nəqliyyat hadisəsi olub.
Trend xəbər verir ki, bu
barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM)
bildirilib.
Yol-nəqliyyat hadisəsi Səbail rayonu, Zərifə Əliyeva küçəsi ilə
Bülbül prospektlərinin kəsişməsində baş verib.
Qəza səbəbindən Azneft dairəsi istiqamətində sıxlıq yaranıb.

























