
Azərbaycanda bəzi çaylarda sel müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Daşkəsən və Göygöl rayonları ərazisindən axan Gəncəçayda, Samux rayonu ərazisindən axan Qabırrıçayda və Oğuz rayonu ərazisindən axan Əyriçayda sel keçir.
























