İran prezidenti Məsud Pezeşkian Məhəmməd Rza Arefini birinci vitse-prezident təyin edib.
APA xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim agentliyi yayıb.
73 yaşlı Arefi Siyasi Məqsədliliyi Müəyyən edən Şuranın üzvüdür. 2001-2005-ci illərdə o, artıq islahatçı prezident Məhəmməd Hatəminin administrasiyasında birinci vitse-prezident olub.























