
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında serbiyalı tennisçi Novak Cokoviç və ispaniyalı rəqibi Rafael Nadal üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, 1/16 final mərhələsində keçirilən görüş Cokoviçin qələbəsi ilə başa çatıb – 2:0 (6:1, 6:4).
Qeyd edək ki, bu, Cokoviçin Nadal üzərindəki 31-ci qələbəsi olub.

























