Advertisement

Daşkəsəndə mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var

Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun ərazisində qeydə alınıb.

Hərəkətədə olan “Mersedec Sprinter” markalı mikroavtubusla minik maşını toqquşub.

Qəzadan sonra mikroavtobus aşıb, bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.