Advertisement

Venesuela bəzi ölkələrdəki səfirlərini geri çağırıb

Venesuela Argentina, Çili, Peru, Kosta-Rika, Panama, Dominikan Respublikası və Uruqvaydakı səfirlərini geri çağırıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb adı çəkilən ölkələrin Venesuelada keçirilən Prezident seçkisinin nəticələrini tanımamasıdır.

Qeyd edək ki, bir qədər əvvəl ölkə Parlamenti Nikolas Maduronu növbəti dəfə Prezident vəzifəsinə təsdiqləyib.