Advertisement

Yasamal rayonunun bəzi ərazilərinin qaz olmayacaq

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 30.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, işlər yekunlaşanadək Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.