
Azərbaycanda fəaliyyət göstərən 11 tikinti şirkəti Dayanıqlı Yaşıl Tikinti Bəyannaməsi imzalayıb.
“APA-Economics” xəbər verir ki, imzalanma “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.
Bəyannamənin məqsədi tikinti şirkətlərinin emissiyalarının azaldılması məsuliyyətini dərk etdiyini nümayiş etdirməkdir.



























