
İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.
Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib.
“Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır”, – deyə qeyd edilib.
Yetər Kərimli
***
08.27
Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

























