
Bakı. Trend:
Ermənistan Avropa İttifaqının ümumi Aİ bazarına çıxış imkanı ilə
bağlı boş vədlərinə inansa və buna görə Avrasiya İqtisadi
Birliyindən (AİB) çıxsa heç nəsiz qala bilər.
Trend “TASS”
agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici
İşlər Nazirliyindən “Ermənistanın dostları” şəbəkəsinin NATO-nun
keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında
hazırlanmış Aİ-İrəvan münasibətlərinin dərinləşməsi haqqında
məruzəsini şərh edərkən bildiriblər.
“Məruzəyə əsasən, İrəvan Ermənistanın yeri gəlmişkən, əsas
benefisiar olduğu AİB-dən çıxmalıdır. Bununla belə, ermənilərin
ümumi Aİ bazarına nə zaman və hansı şərtlərdə çıxış imkanı əldə
edəcəyi barədə heç nə deyilmir. Elə ola bilər ki, Aİ-nin boş
vədlərinə aldanan Ermənistan sakinləri heç nəsiz qala bilər”, –
deyə nazirlikdən bildiriblər.
Rusiya XİN-dən qeyd ediblər ki, Aİ-nin Ermənistanı müstəsna
olaraq Avropa üçün resurs mənbəyi kimi gördüyü hissindən qurtulmaq
mümkün deyil.
“Bununla belə, ölkənin maraq və prioritetlərinin Brüsseldən
təyin edilməsini normal hesab edirlər”, – deyə Rusiya XİN əlavə
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























