90 sosial həssas kateqoriyadan olan müəllim alternativ işlə təmin edilib
APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sertifikasiya nəticəsində işdən çıxarıldıqdan sonra 90-a yaxın şəhid ailə üzvü olan müəllim sosial həssas kateqoriyadan olduğu üçün alternativ işlə təmin olunub.























