
Bakı. Trend:
“Biz çempion olacağımıza inanırdıq”.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu “Kəpəz”lə oyunda çempionluğu
rəsmiləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda
“Kəpəz”i 6:1 hesabı ilə məğlub etdikləri oyundan sonra futbolçulara
təşəkkür edib: “Adil bəyə və komandasına uğurlar arzulayıram.
Futbolçularıma təşəkkür edirəm. Onlar üzərlərinə düşən vəzifənin
öhdəsindən gəldilər. Belə uğurlar futbolçuları daha peşəkar
edir”.
Qeyd edək ki, “Qarabağ” tarixində 11-ci dəfə Azərbaycan çempionu
olub.





























