Advertisement

“Lufthansa” Təl-Əviv və əksinə olan bütün uçuşları təxirə salıb

Almaniyanın “Lufthansa” aviaşirkəti Təl-Əvivə və oradan olan bütün uçuşları təxirə salıb.

APA DW-yə istinadən xəbər verir ki, Almaniya aviaşirkəti “bölgədə baş verən cari hadisələr”lə əlaqədar bu addımı atıb.

Aviaşirkət bildirib ki, avqustun 8-dək Təl-Əvivə və əksinə olan bütün sərnişin və yük reyslərini təxirə salıb.