Advertisement

Türkiyədə 40-dan çox qeyri-qanuni mühacir xilas edilib

Bakı. Trend:

Türkiyənin Ayvalık sahillərində 40-dan çox qeyri-qanuni mühacir
xilas edilib

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu istiqamətdə
Türkiyənin Sahil Mühafizə qrupları əməliyyat keçirib.

Sahil Mühafizə qrupları Midilli adasına getmək istəyərkən Yunan
ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 41
qeyri-qanuni immiqrantı xilas edilib.

Qeyd edilib ki, xilas edilən qeyri-qanuni mühacirlərdən 16-sı
uşaqdır.