
Bakı. Trend:
“Mançester Siti”nin futbolçusu Joao Kanselu karyerasını Asiyada
davam etdirə bilər.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, hazırda “Barselona”da icarədə olan
müdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.
“Əl-Hilal” onu yayda heyətinə qatmağı planlaşdırır. İspaniya
klubu 29 yaşlı portuqaliyalını icarədə saxlamaq niyyətindədir. Amma
“Mançester Siti” oyunçusunu satmağı planlaşdırır.
Qeyd edək ki, Joao mövsümün 32 matçında 4 qol vurub.





























