
Bakı. Trend:
İsrail Suriyanın şimalında Hələb vilayətinə güclü hava zərbələri
endirib.
Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, hava zərbələri nəticəsində “Hizbullah”
hərəkatının Livandakı komandiri öldürülüb.
Aviazərbələrin Hizbullah və İran İnqilabı Keşikçiləri Korpusunun
yerləşdiyi ərazilərə endirildiyi qeyd olunub.





























