
Bakı. Trend:
Gəncədə türkiyəli tələbələr arasında dava düşüb, xəsarət alan
var.
Trend xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin
birinci kurs tələbəsi, Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu
ali təhsil müəssisəsinin yataqxanasında aralarında yaranmış
mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun
başının arxa hissəsinə mətbəx bıçağı ilə vurub.
Nəticədə A.H.Harun başın arxa nahiyəsinin çapılmış yarası
xəsarəti yetirib.
Faktla bağlı araşdırma aparılır.





























