Advertisement

Axtarışda olan 183 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

Martın 29-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən
bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının
əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 183, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 135 nəfər
saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.