
Bakı. Trend:
Dünən Moskva şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər
nazirinin müavini Elnur Məmmədov Rusiya Federasiyasının xarici
işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.
XİN-dən Trend-ə veirlən məlumata görə, görüşdə ikitərəfli
münasibətlərin aspektləri müzakirə edilib, qarşılıqlı faydalı
əməkdaşlığın cari vəziyyəti, habelə perspektiv istiqamətləri üzrə
fikir mübadiləsi aparılıb.
Tərəflər habelə regional və beynəlxalq platformalar çərçivəsində
qarşılıqlı fəaliyyətə dair məsələləri nəzərdən keçiriblər.
Səfər çərçivəsində E.Məmmədovun Rusiya Xarici İşlər Nazirliyinin
beynəlxalq hüquq məsələləri, Latın Amerikası regionu ilə
münasibətlərə məsul nümayəndələri ilə də görüşləri baş tutub.





























