Advertisement

Rusiya FTX sərhəddən silahlı şəxslərin ölkəyə daxil olmasını təkzib edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ukrayna ərazisindən Rusiyaya sərhəd pozuculuğu faktının qarşısını alıb.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib.

O bildirib ki, adı çəkilən ölkədən Rusiyaya silahlı şəxslərin qanunsuz daxil olması barədə məlumatlar həqiqəti əks etdirmir. A. Smirnov ictimaiyyəti yalnız rəsmi məlumatlara etibar etməyə çağırıb.