
Bakı. Trend:
Martın 30-da Yeni Kaledoniyada “La Voix du Caillou” jurnalında
“Sakit Okeana xarici müdaxilə: Fransa vəziyyəti yaxından izləyir”
adlı məqalə işıq üzü görüb.
Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
portreti olan şəkil jurnalın üz qabağında əsas xəbər kimi dərc
olunub.
Məqalədə Azərbaycanın Yeni Kaledoniya xalqına dekolonizasiya
işindəki haqlı mübarizəsinə verdiyi dəstək xatırlanır.
Qeyd olunur ki, Yeni Kaledoniya xalqı Azərbaycanın Prezidenti və
Azərbaycan xalqına öz təşəkkürünü ifadə etmək üçün Azərbaycanın
Bayrağı və Dövlət başçımızın Dəmir Yumruq portretini qaldırır.
Yeni Kaledoniya Parlamentinin Ailə və Qadınların hüquqları
komissiyasının sədr müavini Marie Line Sakilia-nın Fransa əelyhinə
aksiyada çıxışı xüsusilə qeyd olunur.
Qeyd edək ki, M.L.Sakilia martın 21-də Yeni Kaledoniyanın
mərkəzi meydanında keçirilən geniş etiraz aksiyasında Azərbaycan,
eləcə də, Bakı Təşəbbüs Qrupuna göstərilən dəstəyə görə təşəkkürünü
ifadə etmək üçün video müraciət yaymışdı.





























