
Bakı. Trend:
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində
Qırmızı göldə bir nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşüb
və batma təhlükəsi ilə üzləşib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət
və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu
cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə
batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas
edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.





























