
Bakı. Trend:
Ukrayna prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey
Şefiri vəzifədən azad edib.
Trend xəbər
verir ki, bu barədə müvafiq fərman Ukrayna prezidentinin saytında
dərc olunub.
Qeyd edək ki, Sergey Şefir, həmçinin, Volodimir Zelenskinin
köhnə dostu və biznes tərəfdaşı olub.
Bundan başqa, Zelenski bir sıra digər müşavir və səlahiyyətli
nümayəndələrini də vəzifədən azad edib. Bunlar Ukrayna
prezidentinin müşaviri Sergey Trofimov, ştatdankənar müşavirləri
Oleq Ustenko və Mixail Radutski, Ukrayna prezidentinin könüllü
fəaliyyət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Natalya
Puşkareva və Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması
məsələləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi Alyona
Verbitskaya olub.





























