Advertisement

Bərdədə canavar təsərrüfata hücum etdi – 20 qoyun tələf oldu (FOTO)

Bərdə. Trend:

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə, 20 baş
xırdabuynuzlu heyvan tələf olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonunun Tumaslı
kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib.

Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu
heyvanı parçalayıb, 30 başını isə yaralayıb. Rayon Baytarlıq
idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata
baxış keçirilib.

Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları
tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı
vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, təsərrüfat sahibi bildirib ki, baş verən hadisə
zamanı ona 10 min manata yaxın ziyan dəyib.