Advertisement

Rafiq Hüseynov 1/8 finalda məğlub olub

Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov 1/8 final mərhələsində macarıstanlı David Losonzi ilə qarşılaşıb.

Təcrübəli güləşçimiz rəqibinə 2:5 hesabı ilə məğlub olub.