
Misir, Qətər və ABŞ liderləri İsrail və Fələstinin Həmas hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.
APA xəbər verir ki, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Misir prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ prezidenti Co Baydenin birgə bəyanatında deyilir.
“Biz hər iki tərəfi 15 avqust Cümə axşamı günü Doha və ya Qahirədə təcili danışıqları bərpa etməyə və qalan boşluqları doldurmağa və heç bir gecikmə olmadan sazişin icrasına başlamağa çağırırıq”, – deyə bəyanatda deyilir.





























