Advertisement

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqustdan etibarən qüvvəyə minəcək

Mərakeş və Azərbaycan arasında vizadan azad edilməsi haqqında saziş 28 avqust 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.

Bu barədə APA-ya Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı, 9 avqust 2024-cü il – Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi ümumvətəndaş pasport sahibləri üçün vizadan azad edilməyə dair sazişin 28 avqust 2024-cü il, çərşənbə günü rəsmi olaraq qüvvəyə minəcəyini elan
etməkdən məmnuniyyət duyur.
Göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş
tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Məraakeşə 90 günə
qədər qalma müddəti ilə vizasız gedə biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da
Azərbaycana səfər etdikləri zaman eyni vizasız imtiyazlardan yararlanacaqlar.
Bu viza azadlığının Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və
biznes mübadiləsini əhəmiyyətli dərəcədə artırması gözlənilir.
Diqqətəlayiqdir ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik
münasibətlərin qurulmasının 32-ci ildönümü (28 avqust 1992-ci il) də qeyd olunur.
Vizasız rejimin tətbiqinin bu tarixdə olması da bu iki ölkəni birləşdirən qardaşlıq
münasibətlərinin dərinləşməsinə olan qarşılıqlı sadiqliyin sübutudur.
Daha çox məlumat üçün əlaqə saxlayın: +994 12 480 2544