
Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.
125 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Georgi Meşvildişvili misirli Diaaeldin Kamalla üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.

























