Advertisement

Kiprdən dəniz yolu ilə Qəzza zolağına yardım göndərilib

Bakı. Trend:

Qəzza zolağı üçün 400 ton ərzaq daşıyan gəmi şənbə günü Kiprdən
yola düşüb.

Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər
verib.

Məlumata əsasən, yük gəmisi Larnaka limanını tərk edib və xüsusi
dəniz humanitar dəhlizi ilə Qəzzəyə gedəcək. Bu dəhliz ‌‌‍‌ İsrail
hakimiyyət orqanları ilə razılaşdırılaraq yaradılıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə
Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha
sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil
olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin
müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi
çağırışını elan edib.